“Real”ın baş məşqçisi Karlo Ançelotti dünya çempionatının iki ildən bir keçirilməsi mövzusu haqda fikirlərini bildirib.

Rekord.az xəbər verir ki, Ançelotti sıx qrafikdən şikayətlənib:

“Problem iki ildən bir dünya çempionatı təşkil etmək deyil. Oyun proqramlarında problem var.

Mövsüm ərzində heç kimə lazım olmayan oyunlara çıxırıq. Futbolçular sıx qrafikdədir. UEFA və FİFA əvvəlcə bu məsələni həll etməlidir”.