İlk dövrədə gözlənilən oyunu və nəticəni göstərə bilməyən I Liqa təmsilçisi "Karvan"ın heyətincə ciddi dəyişikliklər olub.

Rekord.az xəbər verir ki, düşərgəni xeyli futbolçu tərk edib və hazırda onların yerinə yeni futbolçular sınaqdan çıxarılır.

"Karvan" yanvarın 18-də digər I liqa təmsilçisi "Mingəçevir"lə üz-üzə gələcək. Baş məşqçi Kənan Kərimov məhz həmin oyundan sonra baxışda olanlarla bağlı qərarını verəcək.