AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda I Liqanın 21-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“İmişli” – “İrəvan” oyununda “İrəvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə “İrəvan” klubu 70 manat cərimə edilib.

“Karvan” – MOİK oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilib.

“Karvan” – MOİK oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Karvan” klubu 100 manat cərimə edilib.

“Karvan” – MOİK oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilib.

“Karvan” – MOİK oyunu bitdikdən sonra qonaq komandanın futbolçusu tərəfindən stadionun əmlakına vurulmuş zərər MOİK klubu tərəfindən ödəniləcək.

“Şamaxı” – “Mingəçevir” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Zaqatala” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.