I Liqada mübarizə aparan "Karvan" klubu "Zaqatala" ilə oyundan sonra hakimliklə bağlı bəyanat yayıb.

Rekord.az həmin bəyanatı sizə təqdim edir:

“Karvan” futbol klubu olaraq “Zaqatala” ilə keçirilən son oyunumuzda əleyhimizə verilən qərarlar ilk dəfə hakimliklə bağlı etiraz etməyimizə səbəb olur. Belə səhvlərlə bir çox oyunda qarşılaşsaq da sadəcə son oyundan videogörüntünü təqdim edirik. Bütün rəqiblərə hörmətlə yanaşırıq təmiz futbol, ədalətli qərarlar istəyirik!