Yenidən fəaliyyətini bərpa edən "Karvan" "Region Liqası"nda iştirak üçün tələb olunan sənədləri toplayıb AFFA-ya göndərib.

Rekord.az xəbər verir ki, sənədlər bir müddətdir federasiyaya göndərilsə də, hələlik konkret hansısa cavab gəlməyib.

AFFA-dan bildirilib ki, bütün komandaların sənədləri qəbul olunandan və bütün komandaların tələb olunan şərtlərə nə dərəcədə əməl edib-etməməsi aydınlaşandan sonra yekun qərar veriləcək.