"Karvan" daha bir legionerlə güclənmək istəyir
- 23 Sen 2023 11:00
- 702
"Karvan"ın Konqodan olan legionerlə anlaşaq üzrə olması haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, bu futbolçu Yevlax təmsilçisinin transfer edəcəyi son legioner olmaya bilər.
Belə ki, komanda uğurlu çıxışı davam etdirəcəyi halda "Karvan" daha bir əcnəni transfer etməyi düşünür. Bununla bağlı qəti qərar 5 turdan sonra veriləcək.