
"Karvan" futbolçuları üçün yeni yataqxana tikiləcək - ÖZƏL!
- 2023-03-18 20:00
- 597
Növbəti mövsümdən I Divizionda komanda sayını artırmağı düşünən AFFA-nın diviziona gətirmək istədiyi komandalardan biri də "Karvan"dı.
Rekord.az xəbər verir ki, bu komandanın Yevlaxda gözəl bazası, stadionu var və federasiya bu cür idman qurğusunin istifadəsiz qalmasını istəmir.
Artıq klub rəhbərliyi də müəyyən işlər görməyə başlayıb, stadionda kosmetik təmir işləri aparılır və hətta stadion ərazisində gələcəkdə futbolçuların qalması üçün iki mərtəbəli yataqxananın tikintisi də planlaşdırılır. Düzdür, vaxtı ilə burada yataqxana olub, lakin hazırda həmin bina otel kimi fəaliyyət göstərdiyindən yeni yataqxaannln tikintisinə qərar verilib.