Yevlax stadionunda "Karvan"ın futbolçuları üçün əlavə yataqxana tikintisi haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, hazırda tikinti işləri sürətlə davam edir.

"Karvan"ın mətbuat katibi Bəhruz Musayevdən aldığımız məlumata görə, yeni bina dekabrın sonuna kimi tam hazır olacaq. Futbolçular orada həm qala, həm yemək yeyə, həm də asudə vaxtlarını səmərəli keçirə biləcəklər.