I Liqada 2023/24 mövsümünün oyunlarını 61970 tamaşaçı izləyib. 

Rekord.az xəbər verir ki, texniki nəticələrin qeydə alındığı iki matçı nəzərə almasaq, digər 133 qarşılaşmada orta tamaşaçı sayı 466-ya bərabər olub.

Mövsümün rekordu “İmişli” – “Qaradağ Lökbatan” görüşündə qeydə alınıb. 25-ci turun matçını 3800 tamaşaçı izləyib. “Karvan”ın “Mingəçevir”lə 1-ci turda, “Difai Ağsu” ilə 3-cü turdakı matçlarında 2500 izləyici olub.

Yevlax ev oyunlarındakı tamaşaçı sayında da liderdir. “İmişli” ikinci, liqanın qalibi “Şamaxı” üçüncüdür.

yer

komanda

oyun

tamaşaçı

orta

1

Karvan

14

16910

1208

2

İmişli

12

11090

924

3

Şamaxı

13

9400

723

4

Mingəçevir

13

8330

641

5

Zaqatala

14

6250

446

6

Araz Saatlı

14

3870

276

7

Qaradağ Lökbatan

14

2795

200

8

Difai Ağsu

14

1330

95

9

MOİK

13

1075

83

10

İrəvan

12

920

77

 

Cəmi

133

61970

466