Yeni mövsümdən I Divizionda oynayacaq "Karvan" indidən yeni mövsümün də hazırlıqlarına başlayıb.

Rekord.az xəbər verir ki, "Region Liqası"nda pley-off-a hazırlaşan Yevlax təmsilçisi paralel olaraq divizion üçün də heyətin formalaşdırılmasına start verib.

Əldə etdiyimiz məlumata görə, baş məşqçi Kənan Kərimov artıq bəzi futbolçularla danışıqlara da başlayıb, bəziləri ilə razllıq da əldə olunub. Hansı ki, yayda komandanın təlim-məşq toplanışına qatılacaqlar.