Yeni mövsümdən Premyer Liqada oynayacağı gözlənilən "Karvan"ın mövsümün startına hansı stadionda başlayacağı sual altındadır. 

Rekord.az xəbər verir ki, bu yaxınlarda Yevlax stadionunda olan PFL nümayəndələri müəyyən çatışmamazlıqlar aşkarlayı və düzəldilməsinin vacibliyini bildirib.

Əsas problem qazonla bağlıdır. Komanda elitada oynamalı olsa, hazırkı qazona mütləq əl gəzdirilməlidir. Yayda işlərə start  veriləcək. Bu işlər yeni mövsümün sonuna kimi yekunlaşacaq, ya yox, bu da dəqiq bilinmir. Bu mənada "Karvan"ın yeni mövsümün əvvəllərində ev oyunlarını hansı stadionda keçirəcəyi hələlik məlum deyil. Yaxın bölgələr Gəncə və Tovuzdu. Lakin Gəncə stadionunun həmin ərəfədə çempionat oyunlarını qəbul edib-etməyəcəyi bilinmir. Tovuz stadionun özünün də təmirə bağlanma ehtimalı var.