"Karvan"ın iranlı futbolçusu Milad Bayrampur klubdan ayrılıb.
Rekord.az-a daxil olan məlumata görə o, hazırda digər I Liqa təmsilçisi olan "Araz Saatlı" ilə danışıq aparır.
Tərəflər demək olar ki, əsas məsələdə razılığa gəlib. Amma dəqiqləşməsi gərəkən bəzi detallar qalmaqdadır.