I Liqanın ilk turunda "Mingəçevir" azarkeşlərinə qarşı qeyri-etik jest edən "Karvan"ın kapitanı Müşviq Teymurovun baş məşqçi Kənan Kərimov tərəfindən sarğıdan məhrum edilməsi haqda xəbər vermişdik.

Rekord.az olaraq dünən verdiyimiz növbəti məlumatda futbolçunun bağışlandığını, uzun fasilədən sonra yenidən sarğıya qovuşmasını da bildirmişdik.

Məsələyə "Karvan"ın baş məşqçisi Kənan Kərimovun da münasibətini öyrəndik. Kərimov Teymurovu bağışlamasının səbəbini belə izah etdi: "Həmin oyundan dərhal sonra özüm şəxsən Bəhruzun rəqib düşərgəyə aparıb üzr istətdim. Etdiyi hərəkət həqiqətən də peşəkar futbolçuya yaraşan hərəkət deyildi. Bunun ardınca iclasımız oldu və Müşviqin etdiyi hərəkətin düzgün olmadığını orda bir daha ona dedik. Özü də səhvini qəbul etdi və peşman olduğunu bildirdi. Həmin oyundan sonra həm də cəzalı duruma düşdüyü üçün kapitanlığı əsas heyət üzvülərindən olan başqa bir futbolçuya həvalə etdik. Cəzası bitəndən sonra isə Bəhruza daha bir şans verməyi düşündük. Onu itirmək istəmədik. Özü də söz verdi ki, bir daha belə hal təkrarlanmayacaq".