Məlum olduğu kimi, dünən I liqanın açılış matçında "Karvan" "Mingəçevir"lə üz-üzə gəlib. Oyun qalmaqalla yadda qalıb. Qalmaqalın yaranmasının səbəbkarı isə“Karvan”ın kapitanı Müşfiq Teymurov olub. 

Rekord.az xəbər verir ki, o, öncə "Karvan" 3-cü qolu vuran zaman qonaq komandanın azarkeşlərinə tərəf gedərək onlara qeyri-etik jest göstərib.

Maraqlıdır ki, hakimlər bu zaman ona heç bir xəbərdarlıq etməyib. Bundan sonra isə Teymurov baş məşqçisi Kənan Kərimov tərəfindən əvəzlənib. Müşvuq əvəzlənən zaman da "Mingəçevir" azarkeşlərinə qeyri-etik əl hərəkəti edib. Buna isə qonaq komandanın futbolçuları dözməyib və Teymurovun üzərinə cumub. Bununla da əsl qalmaqal yaşanıb, oyun bir neçə dəqiqı dayanıb. 

Maraqlıdır ki, Teymurov komandanın təcrübəli futbolçusudur, Premyer Liqa təcrübəsi var. O. belə vəziyyətdı özünü bu cür aparırsa, gənc futbolçulardan nə gözləyək?