"Karvan"ın legionerlərindən fərqli qərarlar: ikisi gedir, qalanı qalır
- 29 Dek 2023 12:00
- 711
I Liqa təmsilçilərindən "Karvan"ın qış hazırlıq planı sabaha kimi tam məlum olacaq.
Rekord.az xəbər verir ki, komandanın heyətində yer alan legionerlərin əksəriyyəti ölkəmizdə qalacaq.
Konkret desək, nigeriyalı Peter Kinqs, kot diuvarlı Qnapi Anqenor və qabonlu Uensley Ondo Yeni ili Azərbaycanda qeyd edəcəklər. Uzaq yol və böyük maliyyə xərci səbəbindən afrikalılar ölkəmizdə qalmağı üstün tutub. Onlar bayraml ya klubun Yevlaxdakı bazasında, ya da Bakıda qeyd edəcək. İranlı Milda Bayrampurla gürcüstanlı Tornike Kvarastxeliya isə yaxım olduqlarından ölkələrinə yollanacaqlar.