"Karvan"ın qış planları: yeni legionerlər, Antalya
- 28 Sen 2023 15:00
- 537
"Karvan"ın gələcəklə bağlı bəzi planları bəlli olub.
Rekord.az-a daxil olan məlumata görə, rəhbərlik qışda komandanı daha da gücləndirməyi, hətta toplanış üçün Antalyaya aparmağı da düşünür.
Lakin bunun reallaşması üçün komandanın qış fasiləsinə lider kimi yollanması lazımdır. Yəni rəhbərlik əmin olmalıdır ki, Premyer Liqaya şans var və əlavə vəsait xərcləməyinə dəyər.