Bu yaxınlarda futbolçu karyerasını başa vuran Vurğun Hüseynov bundan sonra məşqçilik edəcək.

Rekord.az xəbər verir ki, onun yeni iş yeri də məlumdu.

36 yaşlı Hüseynov uzun illər özünün də formasını geyindiyi "Sumqayıt"da çalışacaq. Onun konkret olaraq, hansı yaş qrupundan ibarət komandada məşqçilik edəcəyi hələlik dəqiqləşməyib.

Qeyd edək ki, veteran futbolçunun sonuncu klubu "Kəpəz" olub.