"Portu"nun qapıçısı İker Kasilyas idman zalında məşqlərə başlayıb.

 

 

Rekord.az xəbər verir ki, bu barədə o, özünün "Tvitter" hesabında yazıb.

 

 

Kasilyas tibbi müayinələrdən sonra növbəti ilin mart ayında karyerasına davam edib-etməyəcəyini açıqlayacaq.

 

Xatırladaq ki, Kasilyas bu ilin may ayında infarkt keçirmişdi. Onun klubu ilə 1 illik müqaviləsi var.