İspaniyanın “Vilyarreal” klubundan ayrılan Santi Kasorla karyerasını Qətərdə davam etdirəcək.

Rekord.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi “Əl Sədd” klubuna keçib.

Bu barədə Qətər təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kasorlayla imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Əl Sədd” komandasını “Barselona”nın sabiq futbolçusu Xavi çalışdırır.