İtaliya yığmasının sabiq hücumçusu Antonio Kassano ölkəsinin Avropa çempionu olmasına münasibət bildirib.

Rekord.az xəbər verir ki, Kassano yığmanın hücumçusu olmadan qalib gəldiyini vurğulayıb.

O, bu uğurda məşqçinin böyük iş gördüyünü deyib:

“Bizim çox böyük problemimiz vardı. Heyətdə hücumçu olmamasına baxmayaraq, Avropa çempionu olmağı bacardıq.

Mən, sadəcə faktı deyirəm. Bu, misilsiz bir uğurdur. Burda məşqçinin işi tərifə layiqdir. O. elə ilk mətbuat konfransında bildirmişdi ki, məqsədləri Avropa çempionu olmaqdır”.