Misli Premyer Liqasının XIX turunda “Sabah” “Neftçi” ilə qarşılaşıb.

Rekord.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Görüşdən öncə “Sabah”ın sosial şəbəkə hesablarında keçirilən müsabiqədə qalib olan azarkeş Nahid Balıyevə yarımmüdafiəçi Aleksey Kaşukun imzalı forması hədiyyə edilib. Formanı azarkeşə Kaşuk özü təqdim edib.