Edison Kavani ilə Tyaqo Silva yayda PSJ-ni tərk edə bilərlər.

 

Rekord.az xəbər verir ki, Paris nəhəngi bu futbolçularla müqaviləni uzatmaq niyyətində deyil.

 

Hər iki futbolçunun müqaviləsi 2020-ci ilin yayında başa çatır.

 

Əslində, klub Kavaniyə yeni müqavilə təklif etməyi planlaşdırırdı. Ancaq hücumçunun bu yaxınlarda zədələnməsi rəhbərliyi fikrindən döndərib.

 

Uruqvaylı futbolçu PSJ-ni tərk etsə, xeyli təklif alacağı da dəqiqdir. Onunla “Atletiko”, “Napoli”, “İnter”, “Mançester Yunayted” maraqlanır.