"Mançester Yunayted"in futbolçusu Edinson Kavani klubla müqaviləni yeniləmək niyyətindədir.

Rekord.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

34 yaşlı hücumçu "qırmızı şeytanlar"da qalmağa maraqlıdır. Ona görə də 2021-ci ilin yayında bitəcək müqaviləsini uzatmaq istəyir.

Qeyd edək ki, Kavani bu mövsüm 17 matça çıxıb və 6 qol vurub.