![photo](https://www.rekord.az/storage/uploads/5/kavani-11.jpeg)
Kavaninin yeni klubu bəlli oldu
- 01 Avq 2023 16:29
- 334
“Valensiya”dan azad agent kimi ayrılan Edinson Kavaninin yeni iş yeri müəyyənləşib.
Rekord.az xəbər verir ki, 36 yaşlı futbolçu Artgentinanın “Boka Xuniors” klubuna keçib.
36 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni komandasında 10 nömrəli formanı geyinəcək.
Uruqvay yığmasının hücumçusu ötən ilin yayından oynadığı “Valensiya”nı bir neçə gün öncə tərk etmişdi. O, daha öncə “Mançester Yunayted”, “Danubio”, “Palermo”, “Napoli” və PSJ-də də oynayıb.