Avropa Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Kayrat” (Qazaxıstan) – “Qarabağ” matçının hakimləri açıqlanıb.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir, qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Dumitri Muntean olacaq. Ona yan xətt hakimləri Andrey Bodean və Viktor Mardari kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Veaçeslav Banari yerinə yetirəcək.

Noyabrın 4-də keçiriləcək “Kayrat” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.