Qazaxıstanın “Kayrat” komandasını Bakıdan aparan təyyarə qəzaya uğrayıb.

Rekord.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. “FlyJet” aviaşirkətinə məxsus təyyarə Almatı hava limanında “Renault” markalı avtomobillə toqquşub.

Faktla bağlı hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.

“Kayrat” Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda dünən “Qarabağ”a uduzub – 1:2.