"Kayrat"ın erməni futbolçusu Kamo Ohanesyan Konfrans Liqasının 3-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək matçda iştirak etməməsi barədə danışıb.

Rekord.az xəbər verir ki, Ohanesyan paytaxtımıza gəlməməsi barədə bunları deyib:

"Bircə onu deyə bilərəm ki, Bakı mənə təhlükəsizliyim barədə zəmanət verə bilməz.

​Onsuz da, ora yollanmaq istəyim yox idi. Ancaq Bakıya yollanaraq oynamağa hazır idim.

"Kayrat"a uğurlar arzu edirəm. Bu komanda mənsiz də istənilən rəqibi məğlub edə bilər. Yaxşı komandamız var".