Futbol veteranı Kazbek Tuayev AFFA İcraiyyə Komitəsinin üzvülüyündən kənarlaşdırıla bilər.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb onun yaşının çoxluğudur.

Düzdür, Tuayev federasiya rəhbərliyinə çox sadiqdir. İllərdi onların bütün fəaliyyətini dəstəkləyir və bunu müdafiə edir. Lakin AFFA 80 yaşlı veteranı daha gənc və enerjili biri ilə əvəzləmək niyyətindədir.