Kazemiro millinin heyətində sıradan çıxdı
- 15 Okt 2023 13:40
- 288
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro Braziliya millisinin heyətində zədələnib.
Rekord.az “Sky Sports”a istinadən xəbər verir ki, Venesuela ilə oyunda (1:1) meydana start heyətində daxil olan 31 yaşlı futbolçu 79-cu dəqiqədə əvəzlənib.
Baş məşqçi Fernando Diniz bildirib ki, Kazemironun topuğunda problemlər var.
Kazemiro bu mövsüm Premyer Liqada 8 matçda iştirak edib və 1 qol vurub.