Keçmiş futbolçunun xanımından sərt ittihamlar
- 03 Noy 2021 13:43
- 533
Anatoli Timoşukun keçmiş həyat yoldaşı Nadejda Navrotskaya sabiq futbolçunu ittiham edib.
Rekord.az xəbər verir ki, Nadejda Anatolini qiymətli ailə suvenirlərini qaçaqmalçılıq yolu ilə ölkədən çıxartmaqda günahlandırıb:
“Qiymətli ailə ikonaları kolleksiyası? Onların dəyəri, təxminən 10 milyon avrodur. Bu, xüsusilə böyük məbləğdə qaçaqmalçılıqdır. Timoşuk o ikonaları Rusiyaya aparıb.
O suvenirlər hazırda onun Krestovski adasındakı mənzilinin zirzəmisindədir. Timoşuk Ukraynaya məxsus xəzinəni Rusiyaya aparıb.
Ukrayna qanunlarına görə belə suvenirləri ölkədən çıxartmaq qadağandır. Amma Timoşuka olar?
Ukraynada pulun varsa, bütün qanunları poza bilərsən, sərhədlər sənin üzünə açıqdır. Bizdə qanunlar ancaq kasıblar üçündür”.