Keçmiş futbolçusundan "Barselona"ya dəstək: "Köməyə hazıram!"
- 04 Okt 2021 17:32
- 519
"Barselona" sabiq futbolçusu, hazırda Rusiyanın "Axmat" klubunda məşqçi kimi çalışan Yaya Ture (Yaya Toure) Kataloniya təmsilçisinə istənilən vaxt kömək etməyə hazır olduğunu bildirib.
Rekord.az xəbər verir ki, bu barədə veteran futbolçu şəxsi "Twitter" səhifəsində yazıb:
"Barselona"da keçirdiyim vaxt futbolçu karyeramın ən gözəl xatirələrindən biridir. Hələ gənc futbolçu olanda klub mənə güvənmişdi. Mənim üçün etdiklərinə görə "Barselona"ya həmişə minnətdar olacağam.
Komanda üçün çətin vaxt ola bilər, amma "Barselona"nın gücünə inanıram. Ehtiyacınız varsa, klub həmişə mənə arxalana bilər. İstənilən vaxt kömək etməyə hazıram, çünki ürəyim əbədi olaraq "Barselona" ilə, bu klubun azarkeşləri və oyunçuları ilə birlikdədir".
Xatırladaq ki, Yaya Ture 2007-2010-cu illərdə "Barselona"da çıxış edib.