Futbol agenti Palesa Mkhize “Səbail”in futbolçusu Hendrik Ekşteynlə bağlı açıqlama verib.

Rekord.az xəbər verir ki, “Soccer Laduma”ya danışan menecer, Ekşteynlə iş birliyini sonlandırması haqda danışıb:

“Onunla bir daha maraqlanmayacağımı açıq şəkildə bildirmişəm. Ekştenylə işim bitdi, nə olur olsun, ona ən yaxşısını arzulayıram. Ona kin saxlamıram. Onun işini Avropaya qoydum, amma o, başqa bir agent üçün məni tərk etdi. Bu, insanlığı göstərmir. Belə biriylə bir daha çalışa bilməzsiz. O, ikinci dəfə mənə belə bir şey etdi.

“Kayzer Çifs”ə keçənə qədər onunla maraqlandım, amma o, klubla müqavilə imzaladıqdan sonra başqa agent üçün məni tərk elədi. Yenidən mənimlə işləməyə başlayandan sonra yaxşı çıxış etməyə başladı. Danışıqlarımızın buna təsiri olub-olmadığını bilmirəm”.