Millətlər Liqasının yarımfinalında İtaliya İspaniya ilə qarşılaşacaq.

Rekord.az xəbər verir ki, bu qarşılaşma ərəfəsində İtaliya yığmasının kapitanı Giorgio Kiellini fikirlərini bildirib.

O, pərəstiş etdiyi ispan futbolçu haqda da danışıb:

“Avropa çempionatı ilə bağlı xatirələr hələ də bizimlədir. Hələ də beynimizdə və ürəyimizdə o anları yaşadırıq. İspaniya ilə oyun da çox gərgin alındı. Biz topla da, topsuz da ağıllı oynamalıyıq.

İspaniyanın nə qədər güclü olduğunu bilirik və onlara hörmət edirik. 2012-ci ildə Kiyevdə keçirilən Avropa çempionatının finalını hələ də məyusluqla xatırlayıram.

Amma əvəzində son Avropa çempionatının yarımfinalını xoş hisslərlə yada salıram. İspan futbolçular arasında həmişə Serxio Ramosa pərəstiş etmişəm.

Fernando Torresi də yaxşı tanıyıram. Mən ona qarşı gəncliyimdə dəfələrlə oynamışam. Möhtəşəm hücumçu idi”.