Kəmaləddin Heydərov federasiyadan gedir
- 08 Fev 2022 15:21
- 682
Fevralın 9-da Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçiriləcək.
Rekord.az "Report"a istinadən xəbər verir ki, saat 11:00-da start götürəcək tədbir Gənclər və İdman Naziriliyinin inzibati binasında olacaq. Tədbirdə hazırkı federasiya prezidenti Kəmaləddin Heydərovu əvəzləyəcək şəxsin adına aydınlıq gələcək.
Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olacaq. Onu əvəzləməyə namizəd olan şəxsin adı açıqlanmır.
Qeyd edək ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.