I Liqanın ilk turunun "Karvan" - "Mingəçevir" matçında qonaq azarkeşlərə qarşı qeyri-etik jest edən Müşviq Teymurov kapitanlıqdan məhrum edilmişdi.

Rekord.az xəbər verir ki, baş məşqçi Kənan Kərimov bir müddət sonra qərarını dəyişib və təcrübəli futbolçunu bağışlayıb.

"Difai" ilə dünənki kubok matçında da komandanı meydançaya kapitan kimi məhz Müşviq çıxarmışdı.