![photo](https://www.rekord.az/storage/uploads/4/kengerli-5.jpg)
Kəngərlidə futbol üzrə yoldaşlıq görüşü
- 21 İyl 2023 09:30
- 270
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda ümumtəhsil məktəblərinin şagirdləri arasında minifutbol üzrə yoldaşlıq görüşü keçirilib.
Rekord.az xəbər verir ki, oyunda "Qıvraq-1" və "Qıvraq-2" komandaları üz-üzə gəlib.
Matçdan "Qıvraq-2" 6:2 hesablı qələbə ilə ayrılıb. Sonda hər iki komanda mükafatlandırılıb.