“Kəpəz” gürcü futbolçu Nika Baçaliaşvili ilə müqavilə bağlayıb. Bu isə birmənalı qarşılanmayıb. Çünki Gəncə klubunun büdcəsi məlumdur.

Rekord.az xəbər verir ki, burada ən yükdək maaş 500-600 manatdır.

Bu isə o deməkdir ki, gürcü futbolçu “Kəpəz”də maksimum bu qədər maaş alacaq. 500 manata olan legionerin səviyyəsi necə olacaq, bunu da yəqin ki, “Kəpəz”in oyunlarında görəcəyik.