Məlum olduğu kimi, Gəncə stadionu qəzalı vəziyyətdə olduğu üçün "Kəpəz" ev oyunlarını Bakıda keçirməyə məcbur qalıb.

Rekord.az xəbər verir ki, bu, komanda üçün əlavə xərclər yaradır.

Çünki oyundan iki gün öncə Bakıya gəlmək, burada hansısa oteldə yerləşmək, meydança tapıb məşq etmək lazım gəlir. Yəni "Kəpəz" faktiki hər tur səfərə çıxmalı olur. Bur xərclər isə nəzərdə tutulan büdcəni aşır. Məhz buna görə "Kəpəz" rəhbərliyi kömək üçün AFFA-ya ağız açıb. Saytımıza daxil olan məlumata görə, gəncəlilər Bakıdada keçirəcəkləri ev oyunlarının xərclərinin federasiya tərəfindən qarşılanmasını istəyir. Federasiyadan isə hələlik bu təklifə cavab verilməyib.