"Kəpəz" növbəti mövsüm üçün büdcəsinin bir qədər də artırılmasını istəyir.

Rekord.az xəbər verir ki, komandanın infrastrukturla bağlı problemləri olduğundan böyük ehtimalla növbəti mövsümdə də Gəncədən kənara çıxmalı olacaq.

Bu isə əlavə xərclər deməkdir. Klub rəhbrəliyi isə bunu nəzərə alaraq, AFFA-ya müraciət etməyi, hazırkı büdcəni bir qədər də artırmaqla bağlı xahiş etməyi düşünür.