"Kəpəz" apellyasiya şikayəti verəcək
- 13:00
- 40
“Kəpəz”in əvəzedicilərinin baş məşqçisi Xaliq Mərdanov AFFA İntizam Komitəsi tərəfindən sərt cəzalandırılıb.
Rekord.az xəbər verir ki, Mərdanov əvəzedicilər liqasının 12-ci turunda “Səbail-2” ilə oyunun 90+3-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb.
Bununla bərabər Mərdanova 5 oyunluq qadağa da qoyulub. İntizam Komitəsinin bu qərarı isə Mərdanovu və Gəncə təmsilçisini narazı salıb, verilən qərarı ədalətsiz hesab ediblər. Məhz bu səbəbdən də qərardan apellyasiya şikayəti verilib.