"Kəpəz" "Araz Naxçıvan"la oyuna da "premiya" qoydu
- 01 Sen 2023 12:00
- 916
Son turda səfərdə "Qarabağ"la 1:1 oynayan "Kəpəz" bu tur evdə "Araz Naxçıvan"ı məğlub etməyi hədəfləyib.
Rekord.az xəbər verir ki, rəhbərlik futbolçuların qarşısına 3 xalı hədəf qoyub.
Təbii ki, bunun qarşılığında mükafat da vəd olunub. Eyni zamanda "Qarabağ"la heç-heçəyə görə də ayrıca "premiya" söz verilib.