“Kəpəz” bütün futbolçularına azad agent statusu verdi ÖZƏL!
- 05 Avq 2020 15:00
- 1777
“Kəpəz” U-17 komandasında çıxış edən bütün futbolçulara azad agent statusu verib.
Rekord.az-a daxil olan məlumata görə, bütün futbolçulara özlərinə yeni klub tapmaq tapşırılıb.
Çünki “Kəpəz”ə növbəti mövsüm U-19 liqasında oynamayacağı deyilib. Halbuki ilin əvvəlində belə söhbət var idi ki, yeni mövümdən U-17 ilə bərabər, U-19 komandası da yaradılacaq. Lakin maliyyə sıxıntısını əsas gətirən AFFA daha bir komanda saxlamağa imkan olmadığını deyib. U-17 mövcud olacaq, lakin tamam yeni uşaqlardan qurulacaq.