“Kəpəz” də istirahətə yollandı
- 25 Dek 2023 17:00
- 261
"Kəpəz" qış fasiləsinə yollanıb.
Rekord.az Gəncə klubunun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, komanda üzvlərinə 10 günlük istirahət verilib.
Bəzi legionerlər fürsətdən istifadə edərək Yeni il bayramını qeyd etmək üçün vətənlərinə yollanıblar.
Komanda çempionatın ikinci hissəsinə hazırlıq üçün yanvarın 4-də Gəncədə toplanacaq. Təlim-məşq toplanışı barədə daha geniş məlumat qarşıdakı günlərdə veriləcək.