"Kəpəz" Futbol Akademiyasının mayın sonunda istifadəyə veriləcəyi gözlənilsə də, bu məsələ hələ ki, yubanır.

Lakin Rekord.az-a açıqlama verən komandanın baş məşqçisi Azər Məmmədovun sözlərinə görə, akademiyanın binası faktiki hazırdı: "Bina tam hazırdı. Sadəcə, içinin avadanlıqlarını gətirib yerləşdirmək qalıb. Bununla bağlı tenderin qalibi də səhv etmirəmsə, artıq məlumdu. Yəni yaxın zamanlarda avadanlıqlar da gətiriləndən sonra akademiya fəaliyyətə başlayacaq"