"Kəpəz" futbolçuları "Neftçi" üzərində ilk turda qazanılan 1:0-lıq qələbəyə görə mükafat alıblar.

Rekord.az xəbər verir ki, rəhbərlik "Turan Tovuz"la dünənki oyundan öncə pulları futbolçuların hesabına köçürüb.

"Turan Tovuz"la oyun üçün də ayrıca mükafat vəd olunub. Lakin komanda "Qərb derbisi"ni uduzaraq daha çox qazanmaq şansını əlindən qaçırıb.