"Kəpəz" növbəti mövsüm ev oyunlarını keçirmək üçün ciddi sıxıntı ilə üzləşə bilər.

Rekord.az xəbər verir ki, Tovuz stadionunun hazırkı süni örtüyü yayda təbii otla əvəzlənəcək.

Bundan sonra isə ot örtüyünə ciddi qulluq və nəzarət olacaq. Hətta "Turan Tovuz"un futbol akademiyasının bəzi komandaları da burada məşq keçə bilməyəcək. Çünki süni örtükdən fərqli olaraq, təbii örtüyü çox yükləmək, ard-arda iki gün oynamaq olmaz. Bu mənada çətin ki, Tovuz təmsilçisinin rəhbərliyi "Kəpəz"ə burada oynamağa icazə versin. "Qəbələ" Premyer Liqada saxlanılsa, orda da oynamaq mümkün oolmayacaq, çünki Qəbələ təmsilçisi hələ bu mövsüm buna icazə vermədi. Belə olan halda, "Kəpəz" PFL-in elita üçün icazə verdiyi başqa stadion tapmalıdır ki, bu da qəliz məsələdi. Çünki bütün stadionlar "məşğuldu". "Kapital Bank Arena" məsafə baxımından Gəncədən uzaqda olan Sumqayıtda yerləşir və burada oynamaq Gəncə təmsilçisinə maddi baxımdan sərf etmir. Şamaxı variantı da həmçinin. Hər halda, "Kəpəz" rəhbərliyinin "B" planının olub-olmadığı çox maraqlıdır.