"Qəbələ" klubunun istəyi ilə Qəbələdən ayrılan "Kəpəz" gələn mövsüm yenidən bu şəhərə qayıda bilər.

Rekord.az-a daxil olan məlumata görə, "Qəbələ" sonuncu pilləni tutub Premyer Liqanı tərk etdikdən sonra bunun baş tutacağı gözlənilir.

Çünki Qəbələ təmsilçisi I liqada oynayası olsa, o zaman Premyer Liqa oyunları ilə I liqa oyunları fərqli günlərə düşdüyündən problem olmayacaq, Bundan başqa. "Qəbələ"nin büdcəsi də xeyli azadığından əlavə gəlir mənbələrinə ehtiyac yaranacaq ki, bu mənada "Kəpəz"in icarə əsasında Qəbələdə oynaması da onlara sərf edəcək.