“Kəpəz” Gəncədə hazırlaşacaq
- 26 Dek 2023 16:40
- 246
“Kəpəz”in çempionatın ikinci hissəsinə hazırlığı Gəncədə keçirəcək.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-göylər" yanvarın 4-də şəhər stadionunda bir araya gələcəklər.
Təlim-məşq toplanışı dövründə komanda bir neçə yoxlama oyunu keçirəcək. Rəqiblərdən ikisi bəllidi. Komanda elita klublarından "Qəbələ" və "Araz-Naxçıvan" ilə qarşılaşacaq. Oyunlar müvafiq olaraq yanvarın 10-u və 15-i tarixlərinə təyin olunub.
Yoxlama matçlarının yeri və saatı barədə məlumat qarşıdakı günlərdə veriləcək.