Erməni terrorçularının Gəncəni ağır raket atəşinə tutmasına baxmayaraq şəhər əhalisi Gəncəni tərk eləmir, hər kəs öz işində-gücündədir.

Rekord.az xəbər verir ki, eyni sözləri "Kəpəz" haqda da demək olar.

Əldə etdiyimiz məlumata görə, şəhərə atılan raketlər "Kəpəz"in hazırlıq proqramına təsir etməyib. Yəni komanda Gəncədən heç hara çıxmaq haqda düşünmür və məşqlərini elə Gəncədə davam etdirir.