İkinci dövrənin hazırlıqlarına başlayan "Kəpəz" Gəncənin əsas stadionuna buraxılmayıb.

Rekord.az-a daxil olan məlumata görə, onlara məşq üçün yeni salınan süni örtüklü ehtiyat meydança məsləhət görülüb.

Səbəb kimi də əsas stadionun təbii örtüyünün korlanmaq təhlükəsi göstərilib. Əldə etdiyimiz məlumata görə, bu göstəriş AFFA tərəfindən gəlib.